Ankara terrorunu törədənlərdən birinin kimliyi məlum olub

20.10.2015 00:49     Dünyadan reaksiya     1610

Ankarada baş verən terror aktını törədənlərdən birinin adı açıqlanıb.

Reaksiya.az-ın məlumatına görə, bu barədə Türkiyə Baş prokurorluğunun məlumatında bildirilir.

O, iyulun 20-də Şanlıurfa əyalətində partlayış törədən, İŞİD-lə əlaqəsi olan terrorçu-kamikadzeninin qardaşı Yunus Emre Alagözdur.

“Digər terrorçu-kamikadzenin kimliyi hələ də, müəyyənləşdirilir.  Onun qonşu dövlətlərdən birindən Türkiyə ərazisinə keçdiyi artıq məlumdur”, prokurorluqda qeyd edib

Şərhlər

Çox oxunanlar