Avtobusda partlayış - 10 ölü, 18 yaralı

20.10.2015 00:56     Dünyadan reaksiya     1591

Pakistanın Bəlucistan əyalətində avtobusda baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Reaksiya.az-ın xarici mənbəyə istinadən verdiyi məlumata görə, hadisə Kvetta şəhərində qeydə alınıb.

Partlayış zamanı avtobusda 40 nəfərin olduğu bildirilir. Ölənlərdən ikisi uşaqdır. Hadisənin terror aktı olduğu istisna edilmir. Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib. 

Şərhlər

Çox oxunanlar