Bu gün Rusiya və ABŞ Suriyaya dair sənəd imzalayacaq
20.10.2015 01:06 Dünyadan reaksiya 1595
ABŞ və Rusiya Suriyada hava təhlükəsizliyinə dair Memorandumu imzalamağa yaxındırlar.
Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəsmisi Ceff Devis bəyan edib.
“Biz sənədin imzalanmasına çox yaxınıq. Çox güman ki, Memorandum oktyabrın 20-də imzalanacaq. Rusiyanın Suriyadakı fəaliyyəti ilə qətiyyən razı olmasaq da, hava təhlükəsizliyinə dair sənədin imzalanmasına səy göstəririk ”, deyə C.Devis bildirib.
Xatırladaq ki, bundan əvvəl ABŞ və Rusiya hərbi nümayəndələri Suriyada hava təhlükəsizliyinə dair üç videokonfrans keçiriblər. Hər iki tərəf son danışıqlarda irəliləyişin olduğunu qeyd etmişdi.
Şərhlər