BMT: Afrikanın cənubunda kütləvi aclıq gözlənilir

20.10.2015 01:12     Dünyadan reaksiya     2273

Afrikanın bir neçə subekvatorial ölkəsində məhsuldarlığın azalması yaxın aylarda kütləvi aclıqla nəticələnə bilər.

Reaksiya.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, BMT-nin məlumatında belə deyilir.

Xüsusən Malavidə əhalinin ərzaqla təminatında son dərəcə gərgin vəziyyət yaranıb. Zimbabvedə isə məhsuldarlıq keçən illə müqayisədə 50% aşağı düşüb.

Bəyanatda həmçinin vurğulanır ki, eyni zamanda Madaqaskarda şiddətli yağışlar daşqın və torpaq sürüşməsinə səbəb olub. “El Ninyo” adlı iqlim anomaliyasının güclənməsi növbəti ildə də məhsuldarlığa təsir göstərəcək”, məlumatda deyilir. 

Şərhlər

Çox oxunanlar