NATO irimiqyaslı hərbi təlim keçirəcək

20.10.2015 01:32     Dünyadan reaksiya     1483

NATO son 13 ildə ilk dəfə irimiqyaslı "Trident Juncture" ("Məngənə birləşməsi") adlı strateji hərbi təlim keçirməyə hazırlaşır.

Reaksiya.az reporta istinadən xəbər verir ki, bunu NATO baş katibinin müavini Aleksandr Verşbou İtaliyanın Siciliya şəhərində bildirib.

Məlumata görə, səhra təlimləri oktyabrın 21-dən noyabrın 6-dək Aralıq dənizində keçiriləcək.

Təlimdə 36 min nəfər iştirak edəcək. Manevrə Avstriya və İsveçdə daxil olmaqla, 30 dövlətin 140 hərbi təyyarəsi, 90-dək sualtı və suüstü gəmi cəlb ediləcək.

Xəbərdə bildirilib ki, hərbi təlimlərin birinci mərhələsi oktyabrın 3-dən 16-dək keçirilib.

Qeyd edək ki, sonuncu dəfə belə hərbi təlim 2002-ci ildə keçirilib. O zaman "Strong Resolve" adı altında keçirilən manevrdə 40 min hərbçi iştirak etmişdi. 

Şərhlər

Çox oxunanlar