35 min adam evini tərk etdi
20.10.2015 01:37 Dünyadan reaksiya 1553
Suriyada gedən döyüşlər səbəbindən Hələb şəhəri ətrafında yaşayan 35 min nəfər son bir neçə gün ərzində öz evini tərk edib.
Reaksiya.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (HMƏİ) məlumatında bildirilir.
"Reuters" HMƏİ nümayəndəsinə istinadən xəbər verir ki, Hələbin cənub-qərbində yerləşən Hader və Zerbeh sakinləri evlərini tərk etmək məcburiyyətində qalıblar.
Şərhlər