Rusiyada "Suriya Kürdüstanı"nın nümayəndəliyi açıla bilər
20.10.2015 02:18 Dünyadan reaksiya 1611
Rusiyada “"Suriya Kürdüstanı"nın rəsmi nümayəndəliyi açıla bilər.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bununla əlaqədar Rusiya xarici işlər nazirliyində Demokratik Birlik Partiyasından olan Suriya kürdlərinin iştirakı ilə məsləhətləşmələrin keçiriləcəyi gözlənilir.
Kürdlərin qənaətinə görə, nümayəndəliyin Moskvada fəaliyyətə başlaması Suriyada İŞİD-ə qarşı mübarizədə tərəflərin əməkdaşlığına köməklik göstərə bilər. Rusiya xarici işlər idarəsində məlumatı hələ ki, təsdiqləməyiblər.
Öz növbəsində, türk diplomatik mənbələrindən “Kommersant”-a bildiriblər ki, bu cür addım rəsmi Ankaranın sərt reaksiyasına səbəb olacaq. Məlum olduğu kimi, Demokratik Birlik Partiyası Türkiyənin parçalanmasına çalışan PKK terror təşkilatının qoludur.
Şərhlər