Terror təhlükəsi ilə əlaqədar iki məktəb bağlanıb
20.10.2015 02:31 Dünyadan reaksiya 1709
Avstraliyanın Sidney şəhərində terror təhlükəsi ilə əlaqədar iki məktəb bağlanıb.
Reaksiya.az-ın verdiyi məlumata görə, təhsil ocaqları şəhərin cənub-qərbində, Reversbi və Panania bölgəsində yerləşirlər.
Ərazi polis tərəfindən əhatəyə alınıb. Hüquq-mühafizə orqanları nümayəndələrinin sözlərinə görə, təhlükə kəsb edən məlumat sosial şəbəkələr vasitəsi ilə yayılıb. Hazırda polis araşdırma aparır.
Şərhlər