Metro işçiləri etiraz tətili edəcək

20.10.2015 02:47     Dünyadan reaksiya     1650

İspaniyada fəaliyyət göstərən bir neçə böyük həmkarlar təşkilatı oktyabrın 22-də Madrid metropoliteninin qismən işləməyəcəyini bəyan edib. Reaksiya.az-ın Azərtac-a istinadən verdiyi məlumata görə, buna səbəb metro işçilərinin həmin günə planlaşdırılan tətilidir.

Həmkarlar İttifaqları iddia edir ki, son aylarda əməkdaşların sayının az olması səbəbindən Madrid metrosunda qatarlar arasında interval çoxalıb, tez-tez baş verən texniki qəzaların aradan qaldırılması gecikir. Tətil iştirakçılarının tələbi daha 550 nəfərin metroda işə cəlb edilməsidir.

Hazırda 301 stansiyadan ibarət olan və 294 kilometr uzunluğunda xəttlərə malik Madrid metrosu gündə 2 milyon sərnişinə xidmət göstərir. Bu böyük təsərrüfatda 7 min nəfərə yaxın insan çalışır.

Şərhlər

Çox oxunanlar