"Bəşər Əsəd hakimiyyətdə qala bilər"

20.10.2015 02:58     Dünyadan reaksiya     1617

Suriya lideri Bəşər Əsəd bundan sonra da hakimiyyətdə qala bilər, lakin həmişəlik yox. Həmçinin ABŞ-ın fikrincə, o ölkənin keçid hökumətinə daxil ola bilməz.

Reaksiya.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.

"Əsəd keçid hökumətinin bir hissəsi ola bilməz...lakin bu o demək deyil ki, o sabah postundan getməlidir", - deyə Toner qeyd edib.

Eyni zamanda o bu "siyasi keçid"in nə zaman başlayacağı və nə qədər davam edəcəyini dəqiq bildirməyib.

"O təcili başlamalıdır", - deyə ABŞ rəsmisi qeyd edib.

Şərhlər

Çox oxunanlar