İran “altılıq” ölkələri ilə danışıqlar aparır

20.10.2015 08:20     Dünyadan reaksiya     1500

Avstriyanın paytaxtı Vyanada İran və beynəlxalq “altılıq” ölkələri arasında danışıqlar keçirilir. Avropa Birliyinin Xarici Siyasət üzrə Ali Komissarı və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin yaydığı birgə bəyanatda bütün tərəflərin nüvə razılaşmasının tez bir zamanda icrası üzrə öhdəliklərini vurğulayıblar.

İran nüvə sahəsindəki öhdəliklərinin icrasını, onların tam şəkildə və təsirli təkmilləşməsi məqsədilə başlayacaq və Beynəlxalq Atom Enerjisi Agentliyi də bu addımların düzgünlüyünü sınama və nəzarət üçün lazımı müqəddimələri həyata keçirəcək.

Reaksiya.az-ın məlumatına görə, Avropa Birliyinin İranın nüvə proqramı ilə bağlı bütün iqtisadi və maliyyə sanksiyalarının götürülməsi ilə bağlı qərarın ardınca, bu gün Vyanada bir neçə saat əvvəl kecirilən son görüşdə bütün tərəflərin nüvə anlaşmasının tez bir zamanda icrası üzrə öhdəlikləri müzakirə edilib.

İranın Atom Enerjisi üzrə təşkilatının baş direktoru Əli Əkbər Salehi nüvə anlaşmasının icrası barəsində deyib ki, İran lazım olan ilk prosesə başlayıb və qarşı tərəfin cavabını gözləyir:

“Əldə olunan anlaşmaya əsasən İranın yerinə yetirməli üç əsas öhdəliyi var. Natanz obyektində sentrifuqların sayını azaltmaq. Ərak obyektində bəzi işlər aparmaq və nüvə yanacağı mübadiləsidir ki, o da Rusiya ilə birlikdə yerinə yetiriləcək”.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani də nüvə anlaşması üzrə Hərtərəfli Muştərək Addım Proqramının icrası barədə qanunun elan edib. Bu isə o deməkdir ki, İran öz öhdəliklərini yerinə yetirməkdə cididir.

“Belə demək olar ki, İran ilk ölkədir, müharibə və dövlət dəyişməsi olmadan bu cür ciddi nüvə danışığını diplomatik yolla həll edə bildi. İran bütün müzakirələrdə müqavimət göstərdi və öz istəyinə də çatdı”, – deyə jurnalist Cəlal Bərzegər bildirib.

Anlaşma bundan əvvəl “qara siyahı”ya daxil olan İran vətəndaşları və təşkilatlarının maliyyə əməliyyatlarına bütün məhdudiyyətlər aradan qaldırmalı, neft-qaz, neft məhsulları, o cumlədən onların hasilatı və emalı üçün texnologiya və qurğuların ticarətinə qadağa götürülməli, İranın bu sektorlarına Qərb investisiyalarının yatırılmasına icazə verməli olacaq.

Bundan başqa qızıl və qiymətli metallar ticarəti ilə bağlı bütün məhdudiyyətlərin ləğv edilməsi də nəzərdə tutulur.

Anlaşmaya əsasən Avropa Birliyi bank əməliyyatlarına və öz ərazisində İran banklarının filiallarının açılışına icazə verəcək.

Bundan başqa İran gəmiləri Avropa Birliyinin limanlarına daxil ola biləcək.

Şərhlər

Çox oxunanlar