Həcc ziyarətində ölənlərlə bağlı şok rəqəm

20.10.2015 03:35     Dünyadan reaksiya     1479

Həcc ziyarəti zamanı Məkkədəki izdiham nəticəsində həlak olanların sayı 2110 nəfərə çatıb.

Reaksiya.az xəbər verir ki, bu açıqlama Səudiyyə Ərəbistanı hökumətinin Həcc ziyarəti təşkili zamanı təhlükəsizlik problemlərinə həsr olunan görüşündən sonra verilib.

Bundan əvvəl ziyarət zamanı izdihamda 1453 zəvvarın öldüyü bildirilirdi. Buna qədər 1990-cı ildə Məkkədə 1426 nəfər ölmüşdü.

Faciəli hadisə sentyabrın 24-də Məkkədəki Mina vadisində baş verib.

Şərhlər

Çox oxunanlar