Rus aviasiyası İŞİD-ə ağır zərbələr endirib

21.10.2015 00:27     Dünyadan reaksiya     1460

Rusiya aviasiyası Suriyada İŞİD-in 19 komanda məntəqəsini məhv edib.

Reaksiya.az-ın xarici mənbəyə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.    

Onun sözlərinə görə, bundan başqa, Xama əyalətində iki silah-sursat anbarı, bir partlayıcı qurğu və döyüş sursatı istehsalı zavodu, 30-dək atəş mövqeyi, istehkam və xeyli texnika məhv edilib.   

 

Şərhlər

Çox oxunanlar