Ötən il 300 mindən çox ukraynalıya yaşayış hüququ verilib

21.10.2015 00:33     Dünyadan reaksiya     1534

2014-cü ildə 302,8 min ukraynalı Avropa İttifaqı ölkələrində yaşayış hüququ alıb.

Reaksiya.az-ın verdiyi xəbərə görə, bu barədə “Eurostat” statistika komitəsinin məlumatında bildirilir.

Beləliklə, artıq ikinci ildir ki, Ukrayna Aİ ölkələrində müvəqqəti yaşayış hüququ alınmasına görə liderlik edir.

Yaşayış hüququ verən ölkələrə gəlincə isə, Böyük Britaniya, Polşa, Almaniya və Fransa ilk sıralarda durur.  

Şərhlər

Çox oxunanlar