Kanada parlamentinə iki iranlı deputat seçilib

21.10.2015 01:28     Dünyadan reaksiya     1494

Kanadada Liberal Partiyanın parlament seçkilərində qələbə qazanması sayəsində bu ölkədə yaşayan əslən iranlı iki nəfər parlamentdə kürsü sahibi olublar.

Reaksiya.az-ın verdiyi məlumata əsasən, Kanada parlamentinin iki yeni iranlı üzvü Əli Ehsasi və Məcid Cövhəridir. Onlar Liberal Partiyanın Uilloudeyl və Riçmond Hill, Ontario seçki dariəsindən qələbə qazanıblar.

Məlumatda qeyd olunur ki, iki iranlının parlamentə yol tapması Kanadada yaşayan iranlıları çox sevindirib və onlar sosial şəbəkələrdə öz sevinclərini həmin deputatların şəkilərini paylaşmaqla göstəriblər.

Qeyd edək ki, Kanadada keçirilən parlament seçkilərində Liberal Partiya qələbə qazanaraq Mühafizəkarların təxminən 10 il davam etmiş hakimiyyətinə son qoyub.

Şərhlər

Çox oxunanlar