ATƏT beynəlxalq konfrans keçirir

21.10.2015 01:36     Dünyadan reaksiya     1694

ATƏT-in beynəlxalq konfransında təşkilatın 57 üzv ölkəsinin, Aralıq dənizi hövzəsinin 6 ölkəsinin və bir sıra beynəlxalq qurumların nümayəndələri iştirak edirlər.  Reaksiya.az xəbər verir ki, beynəlxalq konfransda Aralıq dənizi regionunda əməkdaşlığın perspektivləri və ümumi təhlükəsizliyin aktual məsələləri müzakirə ediləcək. Konfransda ATƏT-in baş katibi Lamberto Zanyer, habelə bir çox dövlətlərin xarici siyasət idarələrinin başçıları iştirak edirlər.

İordaniyada Ölü dənizin sahilində keçirilən ikigünlük konfransda ATƏT və Aralıq dənizi regionu ölkələrinin qarşılaşdığı müasir çağırış və təhdidlərə, o cümlədən ekstremizmə, terrorçuluğa və millətçiliyə qarşı müqavimət göstərmək barədə fikir mübadiləsi aparılacaq. Həmçinin dinlərarası və mədəniyyətlərarası dialoqun mühüm rolu, qaçqınların müdafiəsi, qeyri-leqal miqrasiya, insan alveri və digər məsələlər müzakirə ediləcək.

Şərhlər

Çox oxunanlar