Ofisiant şərab istəyən müştəriyə yuyucu tozu içirtdi
17.06.2015 16:59 Dünyadan reaksiya 1474
İspaniyada bir restoranda işləyən ofisiant, şərab istəyən müştəriyə yuyucu verdi. Müştəri, daxili orqanlarında yaranan yanıqlar səbəbindən həyatını itirdi.
“Reaksiya.az” xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın “Castellon” bölgəsində yerləşən bir bara gedən Andres Lorenteyə (50), şərab əvəzinə yuyucu verilib. Qədəhdəki mayeni şərab hesab edərək içən Lorente, daxili orqanlarında yaranan yanıqlar səbəbindən həyatını itirmişdir.
Polis araşdırmasının nəticəsinə görə yuyucu servisi səhvən edilib. İki uşaq atası olan Lorente aparıldığı Comarcal de Vinaros Xəstaxanasında həyatını itirib. Hadisədən sonra araşdırma işlərinə başlayan polis, məkan sahibini həbs edərkən yuyucunun, "Boş şərab şüşəsində saxlanıldığı və işçilərdən biri tərəfindən soyuducuya qoyulduğu” ifadəsi verilmişdir.
Şərhlər