Polis əməkdaşı iki həmkarını güllələyib
21.10.2015 02:29 Dünyadan reaksiya 1673
Tacikistanın Soqdi vilayətinin İsfar rayonunda yerli milis (polis) əməkdaşı tabel silahı ilə iki həmkarını güllələyib.
Reaksiya.az xəbər verir ki, bu haqda "Ozodi" radiosu məlumat yayıb.
Məlumata görə, hadisə İsfar rayonun Xoca Alo qışlağının Çorkuh kəndində baş verib.
Hadisənin başvermə səbəbi və atəş açanın kimliyi haqda xəbər verilməyib.
Tacikistan Daxili İşlər Nazirliyi isə hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb.
Buna səbəb kimi ölkə prezidenti Emomali Rahmonun Soqdi vilayətində səfərdə olması göstərilib.
Şərhlər