Con Kerri bu həftə Sergey Lavrovla görüşəcək
21.10.2015 02:38 Dünyadan reaksiya 1533
ABŞ-ın dövlət katibi Con Kerri bu həftə Rusiyalı həmkarı Sergey Lavrovla görüşərək Suriya və Ukrayna mövzularını müzakirə etməyi planlaşdırır.
Reaksiya.az-ın verdiyi xəbərə görə, görüşün yeri ilə bağlı məlumat verməyən ABŞ rəsmiləri, dövlət katibinin Türkiyə, Səudiyyə Ərəbistanı və İordaniya rəsmiləri ilə də biraraya gələcəyini qeyd ediblər.
ABŞ-ın dövlət katibinin Yaxın Şərqə səfəri oktyabrın 21-dən 25-ə kimi davam edəcək.
Şərhlər