Kanada Suriyadan geri çəkilir

21.10.2015 04:53     Dünyadan reaksiya     1631

Kanadada seçkilərdə qələbə qazanmış Liberal Partiyanın lideri Castin Tryudo baş nazir olacağı təqdirdə ölkəsinin Suriyada hərbi əməliyyatlarda iştirakını dayandıracağını bildirib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Castin Tryudo  hökumət rəhbəri qismində ilk mətbuat konfransında çıxışında qeyd edib ki, ABŞ prezidenti Barak Obama ilə söhbəti zamanı bu məsələ əsas müzakirə mövzusu olub.  

Tryudo qərarın nə zaman reallaşacağı və Kanadanın koalisiyadakı sonrakı rolu barədə heç bir məlumat verməyib. 

 

Şərhlər

Çox oxunanlar