Sabiq BMT sədrinə qarşı rəsmi ittiham irəli sürülüb

21.10.2015 05:12     Dünyadan reaksiya     1530

Nyu-York Böyük Jürisi korrupsiyada təqsirləndirilən BMT Baş Assambleyasının sabiq sədri, Antiqua və Barbuda dövlətinin təşkilatdakı daimi nümayəndəsi Con Eşə qarşı rəsmi ittiham irəli sürülüb.

Reaksiya.az-ın verdiyi xəbərə görə, Çinin Makao şəhərində daşınmaz əmlakın tikintisi ilə bağlı yol verilmiş korrupsiya əməlinə görə həmçinin çinli developer Hq Lap Senq və daha 3 nəfər təqsirli bilinir.  

Məlumata görə, Con Eş Makaoda tikintisi  Hq Lap Senqun şirkətinə həvalə olunmuş BMT-nin konfrans mərkəzinin yaradılmasının zəruriliyi  barədə  məktub hazırlayaraq BMT baş katibinə təqdim edib.  

 

Şərhlər

Çox oxunanlar