Rusiya və Türkiyə arasında xüsusi məqsədli telefon xətti açılıb

21.10.2015 07:23     Dünyadan reaksiya     1484

Rusiya və Türkiyə hərbi qurumları arasında Suriyada üzərində təsadüfi aviasiya insidentlərin aradan qaldırılması məqsədilə birbaşa telefon xətti açılıb.

Reaksiya.az-ın Türkiyə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.  

Onun sözlərinə görə, bu cür əməkdaşlıq formatı həmçinin Suriyanın “Xmeymim” aviabazasında İsrail Hərbi-Hava Qüvvələrinin komanda məntəqəsi və Rusiya Hərbi-Hava Qüvvələrinin Suriyadakı uçuşlarının idarə mərkəzi arasında da mövcuddur.  

Qeyd edək ki, bundan əvvəl Rusiya və ABŞ arasında Suriyanın hava məkanında uçuşların təhlükəsizliyinə dair anlaşma memorandumu qüvvəyə minib.  

 

Şərhlər

Çox oxunanlar