ABŞ Avropada raketdən müdafiə sistemini sınaqdan keçirir - VİDEO

21.10.2015 05:18     Dünyadan reaksiya     1581

ABŞ Silahlı Qüvvələri Avropada ilk dəfə olaraq raket əleyhinə müdafiə proqramı üzrə sınaqlar keçirərək, Atlantik okeanda ballistik təlim raketini məhv edib.

Reaksiya.az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

“Bu Amerikanın raket poliqonlarından kənarda “Stendard-3” Blok 1A tipli idarə olunan raketin birinci buraxılışı və Avropa məkanında ballistik raketin ilk dəfə vurulması olub”, deyə mətbuat xidmətindən bildirilib.     

Məlumata görə, ballistik təlim raketi Atlantik okeandakı poliqondan, Şotlandiyanın qərb sahillərində üzən “Ross” adlı hərbi gəmidən buraxılıb.

Qeyd edək ki, bundan əvvəl Avropanın cənubunda NATO hərbi təlimlərinin fəal mərhələsinin başlandığı bildirilib.  

 

Şərhlər