Səudiyyə ABŞ-dan 11 milyardlıq hərbi gəmi alır

21.10.2015 08:16     Dünyadan reaksiya     1594

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 11,25 mlrd dollar dəyərində “Lockheed Martin” tipli  dörd çoxfunksiyalı hərbi gəminin satılmasını dəstəkləyib.

Reaksiya.az-ın verdiyi xəbərə görə, bu barədə  Defense News məlumat yayıb.

İstehsalçı şirkətin nümayəndəsi təmsil etdiyi müəssisənin Səudiyyə Ərəbistanı ilə Hərbi-Hava Qüvvələrinin xətti ilə gələcəkdə əməkdaşlığın inkişaf etdirmək niyyətində olduğunu bildirib.

Şərhlər