Pan Gi Mun İsrail və Fələstinə səfər etdi
21.10.2015 09:36 Dünyadan reaksiya 1836
BMT baş katibi Pan Gi Mun iki günlük səfər çərçivəsində İsrail və Fələstin torpaqlarında olub.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, baş katib İsrail prezidenti Reuven Rivlinlə görüşüb.
BMT baş katibi bu gün İsrail baş naziri Benyamin Netanyahu, sabah isə Fələstinin prezidenti Mahmud Abbasla görüşəcək.
Yerusəlimdə keçirilən mətbuat konfransında baş katib regiona səfərinin hər iki tərəfin rəhbərliyi ilə görüşmək məqsədi daşıdığını bildirib.
Onun sözlərinə görə, təcili tədbirlər görülməsə, vəziyyət daha da pisləşəcək: “İsrail və Fələstin rəhbərliyi ilə keçirəcəyim görüşlərdə hər iki tərəfi yeni insidentlərin qarşısının alınması üçün razılaşdırılmış tədbirlər görməyə çağıracağam. Biz hər iki tərəfdən olan ekstremistlərin və ya zorakılığın yeganə çıxış yolu olduğunu düşünənlərin münaqişəni alovlandırmalarına imkan verməməliyik".
BMT baş katibi, həmçinin Fələstin və İsrail arasında sülh danışıqlarının yenilənməsi üçün əlindən gələn bütün səyləri göstərəcəyini diqqətə çatdırıb.
Şərhlər