“Rus Davosu" başlayır
18.06.2015 07:58 Dünyadan reaksiya 2786
Rusiyanın Sankt Peterburq şəhərində 18 - 20 iyun tarixləri arasında təşkil ediləcək Beynəlxalq İqtisadiyyat Forum (SPIEF) başlayır. Sanksiyalara baxmayaraq forumda iştirak edəcək şirkətlərin və iştirakçıları sayı artıb. 2014-ci ildə 4 min 700 olan iştirakçı sayı bu il 5 min 72 – yə yüksəlib.
İqtisadiyyat forumunda Yunanıstan baş naziri Aleksis Çipras, Almaniya keçmiş baş naziri Gerhard Schröder, İngiltərənin keçmiş baş naziri Tony Blair kimi vacib adlardan başqa, ABŞ-dan BCG, McKinsey & Company və Almaniyadan Metro AG, TUI AG kimi böyük şirkətlərin nümayəndələri də iştirak edəcək. Forumda 15 müqavilənin imzalanması gözlənilir.
ABŞ boykot etməyəcək
Sankt Peterburqun qubernatoru valisi Georgi Poltavçenko verdiyi açıqlamada keçən il forumu boykot edən ABŞ-ın bu il boykota son qoyduğunu bildirib. Qubernator aşıqlamasında, "İş, işdir. Siyasi dəyişikliklər ciddi işlərə təsir etmir" - dedi. Poltavçenko ayrıca bu il Çin və digər BRICS ölkələri birlikdə Cənub-Şərqi Asiya ölkələrinin də foruma marağının artdığını vurğulayıb.
Putin Yunanıstan baş naziri Çipras ilə görüşəcək
Sankt Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun açılışını edəcək Rusiya prezidenti Putin forum çərçivəsində Yunanıstanın baş naziri Çipras ilə də görüşəcək. İkili görüşdə ticarət və iqtisadi əlaqələr müzakirə olunacaq. Rusiya üçün strateji əhəmiyyətə sahib “Türk axını” ilə əlaqədar də müzakirələr də aparılacaq.
1997-ci ildən etibarən hər il təşkil edilən St. Peterburq Beynəlxalq İqtisadiyyat Forumu bir çox fərqli ölkədən dövlət adamını, dünyanın məşhur şirkətlərini və iqtisadiyyat mütəxəssislərini bir araya gətirir. 2005-ci ildən etibarən Rusiya prezidenti də davamlı olaraq forumda iştirak edir.
Şərhlər