Avropa İttifaqı Rusiyaya sanksiyaları 2016 – cı ilin yanvarına kimi uzadıb
18.06.2015 09:26 Dünyadan reaksiya 2356
Avropa İttifaqı (Aİ) Ukrayna böhrana görə Rusiyaya tətbiq etdiyi sanksiyaları 2016 – cı ilin yanvarına kimi uzadıb. Reaksiya.az “Ria Novosti” agentliyinə istinadən verdiyi məlumatlara görə, Aİ əlavə sanksiyaları gündəmə gətirmədi.
Aİ Şurasının bazar ertəsi günü keçirəcəyi toplantıda rəsmi qərarı açıqlanacğı gözlənilir.
“Ria Novosti” – yə danışan mənbəə bildirib ki, eyni sanksiyalar bir il altı ay daha davam edəcək. Bu 2016 – cı ilin yanvar sonuna kimi davam edəcəyi mənasını gəlir" - deyib.
Krımın Rusiyaya ilhaqı və Şərqi Ukraynada yaşanan vətəndaş müharibəsi zəminində Avropa İttifaqı enerji, müdafiə və maliyyə sektoru əhatə edən sanksiya paketi qəbul etmişdi. 2014-cü ilin yanvarında tətbiqə qoyulan sanksiyalar 1 illik müddəti əhatə edirdi.
Lüksemburqda bazar ertəsi günü bir araya gələcək Aİ xarici işlər nazirlərinin sanksiyaları 6 ay müddət ilə uzadılmasını keçirilən müzakirədən sonra qəbul edəcək.
Aİ-nin sanksiyaların müddətini artıracağı ilə bağlı informasiya əldə edən Moskva may ayında 89 avropalı siyasətçi və hərbi lideri "qara siyahıya" salaraq Rusiyaya girişlərini qadağan etmişdi. Rusiya xarici işlər naziri Sergey Lavrov siyahının Kiyevdə reallaşan çevrilişə dəstək verən avropalı idarəçilərdən ibarət olduğunu açıqlamışdı.
Şərhlər