ABŞ İraqda döyüşlərə əsgər tapa bilmir
18.06.2015 10:44 Dünyadan reaksiya 1931
ABŞ müdafiə naziri Carter İraqdakı təlim işlərinin öyrədiləcək işçilərin azlığı ucbatından yavaşladığını bildirib. ABŞ Müdafiə naziri Ashton Carter və Baş qərargah rəisi Martin Dempsey, Nümayəndələr Məclisi Silahlı Xidmətlər Komitəsində ABŞ-ın Yaxın Şərqdəki strategiyası ilə bağlı keçirilən toplantıda danışıb.
İŞİD - i yavaşlatmaq və nəhayət məğlubiyyətə uğratmağın zaman alacağına işarə edən Carter, bu çərçivədə İraq və Suriya xalqına əhəmiyyətli ölçüdə vəzifələrin düşdüyünü və ABŞ hökumətinin bütün beynəlxalq koalisiyanın qalıcı səylərinin lazımlı olduğunu vurğulayıb.
Kifayət qədər əsgər toplanmayıb
İŞİD-ə qarşı döyüşən İraqlı təhlükəsizlik qüvvələrinin öyrədilməsi nöqtəsində payıza kimi təxminən 24 min iraqlı hərbçinin təliminin planladıqlarını, ancaq bu məsələ ilə bağlı çox az müraciətin olduğunu bildirən Carter qeyd edib ki, payıza kimi dörd obyektdə təlim üçün planladığımız 24 min iraqlı təhlükəsizlik qüvvələrinə qarşı, 7 min civarında təlim keçiləcək əsgər müraciət edib.
Təlim mərkəzləri açılacaq
ABŞ Baş qərargah rəisi Dempsey də Anbara gedəcək 450 qeyri personalın müqavilə ilə İraqlı qüvvələrə təlim keçəcəyini və psixolojik dəstək verəcəyini xatırladaraq, kampaniya boyunca fərqli nöqtələrdə daha çox bənzəri təlim mərkəzləri açılacağını qeyd edib.
Şərhlər