Qəzzadan İsrail ərazisinə raket zərbəsi endirilib

22.10.2015 00:27     Dünyadan reaksiya     1510

Bu gün Qəzza zolağından atılan raket İsrailin cənub bölgəsində partlayıb.

Reaksiya.az bu barədə APA-ya istinadən xəbər verir.

Hadisə nəticəsində zərərçəkən olmayıb. Dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl İordan çayının Qərb sahilində HƏMAS hərəkatının liderlərindən biri həbs edilib. Həsən Yusif İsrail hərbçilərinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində tutulub. 

Şərhlər