ABŞ-da kilsəyə hücum: 9 ölü
18.06.2015 11:07 Dünyadan reaksiya 3023
ABŞ-ın Cənubi Karolina ştatının Charleston şəhərində qaraların getdiyi bir kilsəyə silahlı hücum olub. Aralarında kilsənin rahibinin də olduğu 9 nəfət həyatını itirib. ABŞ polisi hücumu "nifrət suçu" kimi təyin edib.
ABŞ-ın Charleston şəhərində olan və qaraların getdiyi tarixi bir kilsəyə silahlı hücum təşkil edilib. Kilsəyə girən bir nəfər içəridə olanlara silahla atəş açıb, 9 nəfər ölüb, bir nəfər isə yaralanıb. Ölənlər arasında kilsənin rahibi də var.
Polis hadisədən dərhal sonra verdiyi açıqlamada hücum edən şəxsin 20 yaşlarında, ağdərili kişi" kimi təsvir edib.
Hücum yerli saatla axşam 9 civarında baş verib. Charleston Bələdiyyəsinin sədri Joe Riley, tarixi kilsədə yaşanan hadisəni "dəhşətli və ağrıverici bir hücum" kimi xarakterizə edib, açıqlamasında bildirib ki, bu cür hücumlar şeytandan qaynaqlanan və nifrətlə dolu bir nəfərin hərəkətləridir.
Qeyd edək ki, Emanuel AME Kilsəsi, ABŞ-ın ən qədim kilsələrindəndir.
Şərhlər