Putin-Əsəd görüşü üç saat davam edib

22.10.2015 00:35     Dünyadan reaksiya     1703

Rusiya və Suriya prezidentləri arasında görüş  uç saata yaxın davam edib.

Reaksiya.az-ın verdiyi məlumata görə, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitriy Peskov bildirib.

“Prezidentlər ümumilikdə üç saata yaxın ünsiyyətdə olublar”, deyə D.Peskov qeyd edib. O, jurnalistlərin Suriyada vaxtından əvvəl seçkilərin keçirilməsi mümkünlüyü ilə bağlı sualını cavablandırmayıb: “Əlavə heç nə deyə bilmərəm”.

Qeyd edək ki, oktyabrın 20-də Moskvada V.Putin və B.Əsəd arasında görüş olub. Görüşdə Rusiyanın Suriyadakı hava əməliyyatı ətrafında müzakirələr aparılıb.  

Şərhlər