Polis keçmiş “Avstriya gözəli”nin müəmmalı ölümünü araşdırır

22.10.2015 01:50     Dünyadan reaksiya     1677

Avstriyada keçmiş gözəllik kraliçasının ölümcül xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatları araşdırılır. Keçmiş “Miss Avstriya” Ena Kadiç İnsbruk şəhəri ətrafındakı dağlarda, evinin yaxınlığında 30 metrlik qayadan yıxılıb.

Reaksiya.az xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı Kadiç oktyabrın 16-da ağır baş-beyin travması, həmçinin ağciyər zədələnməsi ilə kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Yıxıldıqdan sonra bir müddət özündə olan qızın qardaşına zəng edərək hadisə barədə məlumat verməyə imkan tapdığı bildirilir.

Bundan sonra qohumları xilasediciləri çağırıb və Kadiç helikopterlə xəstəxanaya çatdırılıb. Təəssüf ki, həkimlər qızın həyatını xilas edə bilməyib və o, oktyabrın 21-də dünyasını dəyişib.

Qızın qayadan yıxılmasının təfərrüatları tam bəlli olmasa da, polislər keçmiş “Avstriya gözəli”nin qaçışla mütəmadi məşğul olduğunu və ərazini yaxşı tanıdığını bildiriblər. Hüquq mühafizə orqanları faktla bağlı təhqiqata başlayıb.

Şərhlər

Çox oxunanlar