İran bu sosial şəbəkəyə qadağa qoydu
22.10.2015 03:45 Dünyadan reaksiya 1550
İranın İnformasiya Texnologiyaları və Kommunikasiya Nazirliyi "VKontakte"nin yaradıcısının buraxdığı "Telegram" sosial şəbəkəsini bağlayıb.
Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu şəbəkə 2013-cü ildə Pavel Durov tərəfindən yaradılıb.
"İranın İnformasiya Texnologiyaları və Kommunikasiya Nazirliyi şəbəkınin yaradıcılarından istifadəçiləri izləmək üçün şərait yaratmalarını tələb edib. Biz onların sorğusundan boyun qaçırdıq və ona görə də "Telegram" bağlanıb", - P.Durov "twitter" səhifəsində yazıb.
Məlumata görə, iki il öncə buraxılan "Telegram"ın dünyada 62 milyon istifadəçisi var.
Şərhlər