ABŞ İraq hakimiyyətinə sərt ultimatum verib
22.10.2015 04:04 Dünyadan reaksiya 1448
Bu yaxınlarda İraqda səfərdə olan amerikalı general Cozef Danford yerli hakimiyyət qarşısına ultimatum qoyub: onlar "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) ilə mübarizədə ya ABŞ-ın dəstəyini istəməli, ya da Rusiyanın müdaxiləsini xahiş etməlidirlər.
Reaksiya.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə general onunla səfər edən jurnalistlərə açıqlamasında bildirib.
Hərbçinin sözlərinə görə, İraqın baş naziri Heydər əl-Abadinin "Rusiyanın İraqa havadan zərbələr endirməsini alqışlayardı" deməsi, ABŞ-a "iztirab" verib. Onun sözlərinə görə, ABŞ hazırda İraq kontekstində Rusiya ilə münasibət qura bilməz.
Şərhlər