Sürücü qəsdən 5 hərbçini vurdu, özü də yaralandı

22.10.2015 07:04     Dünyadan reaksiya     1759

Vifleem şəhərində fələstinli sürücü avtomobillə qəsdən 5 İsrail hərbçisini vuraraq yaralayıb.

Reaksiya.az-ın verdiyi məlumata görə, bu barədə İsrail müdafiə ordusunun nümayəndəsi bildirib.

Fələstinlilər Vifleem ətrafında hərbi avtomobili daşqalaq edib. Hərbçilər maşından çıxmaq istədikdə fələstinli qəsdən onlara avtomobillə hücum edib. Cavab atəşi ilə fələstinli sürücü ağır yaralanıb.

Son məlumatlara əsasən, İsrail-Fələstin münaqişəsinin gərginləşməsi 32 fələstinli və 7 İsrail vətəndaşının həyatına son qoyub.

Şərhlər