Bu ölkədə prezident seçkiləri yenidən təxirə salınıb

22.10.2015 07:38     Dünyadan reaksiya     1540

Livan parlamenti növbəti dəfə ölkə prezidentini seçə bilməyib.

Reaksiya.az-ın verdiyi məlumata görə, səsvermə kvorum olmadığından baş tutmayıb.

Bu səbəbdən parlamentin spikeri Nabih Berri seçkiləri 30-cu dəfə təxirə salaraq, noyabrın 11-ə təyin edib. Səsvermədə 128 deputatdan azı 86-sı iştirak etməlidir. Lakin parlamentin xüsusi iclasına cəmi 49 deputat qatılıb.

2014-cü ilin mayından, Mişel Suleyman vəzifəsini tərk etdikdən sonra Livanda ali dövlət postu boş qalır. Böhrandan çıxış yolu tapmaq üçün spiker N.Berrinin təşəbbüsü ilə parlament fraksiyalarının liderləri danışıqlara başlayıb. Lakin sentyabrdan başlayan dialoq hələ ki, nəticəsiz qalıb. 

Şərhlər

Çox oxunanlar