Putin Ərdoğana zəng edib

22.10.2015 07:54     Dünyadan reaksiya     1694

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Federasiyası prezidenti Vladimir Putin arasında dünən telefon görüşməsi olub. 

Reaksiya.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Putin Ərdoğana Suriya dövlət başçısı Bəşər Əsədin Moskvaya etdiyi səfər haqqında məlumat verib.

Prezident Ərdoğan da Putinə Suriyadakı son hadisələr haqqındakı narahatlıqlarını dilə gətirib.

Prezident Ərdoğan Türkiyənin İŞİD də daxil olmaq üzrə bütün terror təşkilatları mübarizəyə əhəmiyyət verdiyini vurğulayıb.

İki lider “G-20” vəsiləsiylə gələn ay bir araya gəldiklərində bütün mövzuları ətraflı şəkildə müzakirə edəcəklərini bildiriblər.

Şərhlər