İraqda 365 İŞİD üzvünün cəsədi tapılıb
22.10.2015 04:58 Dünyadan reaksiya 1570
İraq hərbçiləri terrorçulardan azad olunan Bəyci şəhərində "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına məxsus 365 silahlının cəsədini aşkar ediblər.
Reaksiya.az reporta itinadən xəbər verir ki, qalıqlar 19 məzarda basdırılıb.
Hazırda cəsədlərin nə zaman dəfn edildiyi və İraq ordusunun meyitlərin İŞİD terrorçularına aid olmasını hansı şəkildə müəyyən etdiyi məlum deyil.
İraq Silahlı Qüvvələri Bəyci şəhəri, həmçinin Əs-Sayniyə şəhəri, ölkənin şimalında yerləşən Saleh əd-Din vilayətinin Şaviş və Əl-Xanaşi kəndlərini tam olaraq İŞİD terrorçularından azad ediblər. Hazırda ölkənin bir sıra rayonlarında İŞİD-ə qarşı iri miqyaslı hərbi əməliyyatlar davam etdirilir.
Şərhlər