Ərdoğan BMT-ə çağırış edib
23.10.2015 00:19 Dünyadan reaksiya 1537
“BMT Təhlükəsizlik Şurasının tərkibində bircə də olsa müsəlman dövləti yoxdur. Dünya bütün qitələri təmsil etməyən beş daimi üzvdən daha genişdir. Bu ədalətlidirmi? Dünyanın 200-dək ölkəsi bu beş ölkədən birinin nazı ilə oynamalıdır? Hazırkı tərkib indiki günün reallıqlarına cavab vermir və o dəyişilməlidir”. Reaksiya.az-ın məlumatına görə, bunu Ərdoğan Hüquqi Araşdırmalar Assosiasiyasında çıxışı zamanı bildirib.
Türkiyə prezidenti BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin sayını rotasiya əsasında 10-dan 20-dək çoxaltmaq və onlara daimi üzvlərin səlahiyyətlərinin verilməsini təklif edib.
Şərhlər