Sabiq baş nazirin evlərindən silah-sursat aşkarlanıb

23.10.2015 02:09     Dünyadan reaksiya     1559

Moldovanın sabiq baş naziri, Liberal-Demokratik Partiyasının lideri Vladimir Filatın evlərində aparılan axtarış zamanı silah-sursat, qiymətli saatlar və bank kartları aşkarlanıb.

Reaksiya.az-ın verdiyi xəbərə görə, bunu prokuror Vitali Qaleru bildirib.

“İstintaq bahalı əşyaların, bank kartlarında olan vəsaitlərin əldə olunmasının qanuni olub-olmamasını yoxlayacaq”, deyə prokuror qeyd edib.  

Onun sözlərinə görə, yaxın zamanda bank hesablarından çıxarışlar, silah-sursatın saxlanmasına dair hüquqi sənədlərin doğruluğu yoxlanılacaq.  

Bundan əvvəl həbs edilmiş Moldovanın sabiq baş nazirinin evindən məxfi sənədlərin aşkarlandığı bildirilmişdi. 

 

Şərhlər

Çox oxunanlar