Bəşər Əsəd Rusiyanın müxalifətə dəstək verməsinə razıdır - Putin
23.10.2015 02:29 Dünyadan reaksiya 1613
Bu barədə Reaksiya.az APA-ya istinadən xəbər verir.
“Prezident Əsədlə danışıqlarımıza bir az aydınlıq gətirim. Mən ondan soruşdum ki, əgər Suriyada İŞİD-lə real döyüşə hazır olan silahlı müxalifət aşkarlansa sizin buna münasibətiniz necə olar? Əgər biz onların terrorla mübarizədə səylərini dəstəkləsək, sizin buna münasibətiniz necə olar? Əsədin cavabı “Mən buna müsbət yanaşıram” oldu”, deyə Putin bildirib.
V.Putinin sözlərinə görə, Rusiya tərəfi hazırda bu planları reallaşdırmaq imkanlarını nəzərdən keçirir.
Şərhlər