Talibandan İŞİD-ə xəbərdarlıq: "Əfqanıstana qarışmayın"...

18.06.2015 13:32     Dünyadan reaksiya     3032

Taliban web saytı üzərindən dərc etdiyi bir məktubla İŞİD-dən Əfqanıstandakı cihada qarışmamasını istəyib.

Əfqanıstan Talibanı web saytında İŞİD lideri Əbubəkr Əl Bağdadiyə xitab olaraq bir məktub dərc edib.

Məktubda "Əfqanıstanda amerikalıların və xidmətkarlarının işğal ordusuna qarşı cihad tək bir bayraq və tək bir rəhbərlik altında icra" deyildi. İŞİD-dən "dini qardaşlıq əsasında" Talibanın işlərinə qarışmaması tələb edilbi. Əfqanıstanda Talibanın yanında yeni quruluşların yaranmasının işin "bölünmə və qarşıdurma" doğuracağı ifadə edilib.

Məktubda cihadçı qrupların sayındakı artımın "cihad və müsəlmanlara" bir uğur gətirməyəcəyi ifadə edilib. İŞİD -in Əfqanıstana qarışması halında Talibanın buna "reaksiya vermək məcburiyyətində qalacağı" ifadə edilib.

Məktub Talibanın iki nömrəli lideri Molla Əxtarın Məhəmməd Mənsurun imzası ilə nəşr olunub.

Əfqanıstanda son zamanlarda Taliban döyüşçülərinin İŞİD sıralarına keçdiyi və iki qrup arasındakı qarşıdurmaların yayıldığı istiqamətindəki xəbərlərin sayı artıb.

Şərhlər