"Yəməndə münaqişə qurbanlarının sayı 6 min nəfəri ötüb"

23.10.2015 02:57     Dünyadan reaksiya     1440

Yəməndə baş vermiş münaqişədə ölənlərin sayı 6 min nəfəri ötüb, 15 min nəfər isə yaralanıb.

Reaksiya.az-ın reporta istinadən verdiyi xəbərə görə, bu barədə Sudana səfər edən Yəmənin səhiyyə naziri Naser Mühsen Baum deyib.

"Demək istəyirəm ki, Ədən, Laxc, Abyan və əd-Dali vilayətlərində yaralananların sayı 12,5 min nəfər təşkil edib. Onların əksəriyyətinə ölkə daxilində tibbi yardım edilib. Marib vilayətində və şimal-şərq cəbhəsində 2 300-dək yaralı olub. Onların çoxu Yəməndə və bizə dost ölkələrdə müalicə olunub", - nazir deyib.

Ölənlərin sayına gəldikdə, N.Baum bildirib ki, Ədəndə və yuxarıda qeyd olunan vilayətlərdə 1 008 nəfər münaqişənin qurbanı olub: "Ümumilikdə, Yəmən üzrə ölənlərin sayı 6 000 nəfəri ötüb". 

Şərhlər

Çox oxunanlar