Sabiq prezidentin cangüdəni Suriyada öldürüldü
24.10.2015 00:28 Dünyadan reaksiya 1864
İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın cangüdəni, İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabiti Abdulla Baker Niyaraki Suriyanın Hələb vilayətində gedən döyüşlər zamanı həlak olub.
Reaksiya.az-ın məlumatına görə, bu barədə İranın “Fars” xəbər agentliyi xəbər yayıb.
Bildirilir ki, A. Niyaraki müsəlmanlara məxsus ziyarətgahı qoruyarkən İŞİD silahlıları tərəfindən öldürülüb. İranlı komandirin rəsmi Dəməşqin silahlı qüvvələrinə dəstək verdiyi və İŞİD qüvvələrinə qarşı əməliyyatların planlaşdırılmasına iştirak etdiyi deyilir.
Xatırladaq ki, hazırda Suriya ordusu Hələb şəhərinin qərb hissəsinə nəzarət edir. Şəhərin digər hissəsi isə müxtəlif silahlı qruplaşmaların əlindədir.
Şərhlər