Aşura günü ilə bağlı aksiya zamanı partlayış baş verib - 16 nəfər ölüb

24.10.2015 02:50     Dünyadan reaksiya     1573

Pakistanda şiə müsəlmanlarının Aşura günü ilə əlaqədar keçirdiyi yürüş zamanı terror aktı törədilib.

Reaksiya.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Sind əyalətində baş verən partlayış nəticəsində 16 nəfər həlak olub, ən azı 40 müsəlman da yaralanıb.

Terror aktının kamikadze tərəfindən həyata keçirildiyi qeyd olunur.

Bu, Pakistanda son iki gündə törədilən ikinci terror aktıdır. Ötən gün Bhaaq şəhərindəki şiə məsçidini hədəf alan terrorçular 10 nəfərin ölümünə səbəb olmuşdu.

Şərhlər

Çox oxunanlar