Bu dəfə tənqid hədəfində olan Çexiyadır
24.10.2015 03:10 Dünyadan reaksiya 1507
BMT-nin İnsan Haqları Departamenti Çex Respublikasını miqrantları ləyaqəti alçaldan şəkildə həbs etməkdə günahlandırır.
Reaksiya.az-ın "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, BMT-nin nümayəndələri bəyan edib ki, bir neçə mənbədən əldə olunan məlumata əsasən Çexiyada miqantların hüquqları sistematik olaraq pozulur.
Onların sözlərinə görə, Çexiyada miqrantlar 40 gün müddətinə həbs edilir və onlardan hər gün üçün $10.46 dollar cərimə tələb olunur.
Çex Respublikasının preizdenti Miloş Zeman miqrantlara qarşı pis rəftar haqda yayılmış məlumatları təkzib edib.
Şərhlər