Bu terror təşkilatının arxasında 28 dövlət var - Cəmil Çiçək
24.10.2015 11:59 Dünyadan reaksiya 1940
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri və AKP-nin Ankara millət vəkilinə namizədi Cəmil Çiçəkdən PKK terror təşkilatıyla bağlı şokedici açıqlamalar gəlib.
Reaksiya.az xəbər verir ki, Gölbaşı müəllimlər evində qeyri-hökumət təşkilatlarının üzvləri ilə bir araya gələn Çiçək Türkiyədə qeyri-müəyyən bir mühit olduğunu, bunun da hər kəsə dərindən təsir etdiyini söyləyib.
Çiçək baş verən qeyri-müəyyənliyin 1 noyabrda aradan qaldırılmasının vacibliyini vurğulayıb: "Bütün bunlara son qoyulmasa, Türkiyə xaricdə də çətinliklərlə üzləşəcək”.
Bəzi ölkələrin terrora dəstək verdiyinə diqqət çəkən TBMM-nin sədri terrora 28 ölkədən dəstək verildiyinə işarə vurub: "Terrorun arxasında bəzən eyni qibləyə üz tutduğumuz, bəzən eyni ittifaq içərisində olduğumuz, bəzən də hər ikisi birdən olan beynəlxalq güclər var. Türkiyə 3-5 təşkilatla mübarizə aparmır. PKK-nın arxasında 28 dövlət var. Bunu biləsiniz. Türkiyə bu 28 dövlətin hər biri ilə mübarizə aparır”.
Şərhlər