Daha bir terrorçu lider öldürüldü

25.10.2015 00:25     Dünyadan reaksiya     1556

Suriya hərbçiləri Hələb şəhəri yaxınlığında “Cəbhə ən-Nüsrə” terror qruplaşmasının lideri misirli Əbu Süleyman əl-Masrini məhv ediblər.

Reaksiya.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə “Sputnik” agentliyi məlumat yayıb.

Mənbənin məlumatına görə, terrorçu Hələb şəhəri yaxınlığındakı Təl-əlKarsani yaşayış məntəqəsi uğrunda gedən döyüşdə öldürülüb.

“Cəbhə ən-Nüsrə” qruplaşması “Əl-Qaidə” terror təşkilatının Suriyadakı qolu hesab edilir. 

 

Şərhlər

Çox oxunanlar