Liviya sahillərində 40 miqrantın meyiti aşkarlanıb

25.10.2015 01:45     Dünyadan reaksiya     1610

Liviya sahillərində oktyabrın 24-də 40 miqrantın meyiti aşkarlanıb.

Reaksiya.az-ın məlumatına görə, bu barədə “Assoşieyted Press” beynəlxalq “Qızıl Aypara” cəmiyyətinə istinadən məlumat yayıb.  

Təşkilatın nümayəndəsi Məhəmməd əl-Masratinin bildirdiyinə görə, 27 meyit Zliten şəhəri yaxınlığında, qalanları isə paytaxt Tripoli və Homs şəhərləri arasındakı sahil zolağı boyu aşkarlanıb. Onun sözlərinə görə, batan qayıqda olan daha 30 miqrantın axtarışları davam etdirilir.  

Məhəmməd əl-Masratinin qeyd edib ki, ölənlərin əksəriyyəti Avropaya getmək niyyəti ilə Afrikanın müxtəlif ölkələrindən Liviyaya gəlmiş miqrantlardır.

 

Şərhlər

Çox oxunanlar