Rusiya Almaniyaya uzanan boru xətti inşa edəcək

18.06.2015 18:23     Dünyadan reaksiya     2238

Rusiyanın “Qazprom” şirkəti, Almaniyanın “E.ON”, İngiltərənin “Shell” və Avstriyalı “OMV” şirkətləri birlikdə Baltik dənizindən keçərək Almaniyaya ikitərəfli uzanacaq yeni bir təbii qaz boru xətti inşa edəcək.

“Qazprom”dan verilən açıqlamaya görə, Sankt Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda bir araya gələn şirkətlərin rəsmiləri, boru xəttinin qurulması prosesində əməkdaşlığı nəzərdə tutan bir memorandum imzalayıb.

Tərəflər rus təbii qazının birbaşa avropalı istehlakçılara çatdırılmasını təmin edəcək xəttin infrastrukturunu yaratmaqla yaxın bir zamanda ortaq şirkət quracaq.

Yeni boru xəttinin illik tutumu 55 milyard kubmetr olacaq.

Şimal axını ilə eyni yoldan sahib olacaq layihədə “Qazprom” – un payı 51% - lik payı olacaq.

Şərhlər